16 May 2024
"Azərbaycan Qarabağdakı ermənilərin qazını kəsib, yeni müharibə istəyir" - Paşinyan yenə SƏRSƏMLƏDİ

"Azərbaycan Qarabağdakı ermənilərin qazını kəsib, yeni müharibə istəyir" - Paşinyan yenə SƏRSƏMLƏDİ

24 Mart 2022
Baxış: 1012

Bu gün Paşinyan Azərbaycanla bağlı absurd açıqlamalar verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasında danışıb. O, Qarabağda yaranmış mövcud vəziyyətdə Azərbaycanı ittiham edib.

“Azərbaycan Qarabağda etnik təmizləməyə çalışır. Azərbaycan Qarabağın qazını kəsib, nəticədə region humanitar böhran ərəfəsindədir. Bakı regionda yeni müharibəni qızışdırmağa çalışır, lakin Ermənistan sülhün bərqərar olması siyasətini davam etdirmək niyyətindədir”, – deyə Paşinyan sərsəm fikir bildirib.

O, Azərbaycanın regional kommunikasiyalar açmaq istəyib-istəmədiyini bilmədiyini deyib.

“Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesini sürətləndirmək lazımdır. Azərbaycanın regional kommunikasiyalar açmaq istəyib-istəmədiyi də bəlli deyil, lakin İrəvan bu addıma hazırdır”, – deyə Paşinyan əlavə edib.(Konkret.az)