15 May 2024
Azərbaycan Ordusu "Qəzəb" əməliyyatı keçirdi - Qisas alındı

Azərbaycan Ordusu "Qəzəb" əməliyyatı keçirdi - Qisas alındı

28 İyun 2023
Baxış: 380

Azərbaycan əsgərinin yaralanmasına cavab gecikməyib.

AJMEDİA.İNFO xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, "Qəzəb” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Bəzi məlumatlara görə, qanunsuz hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazıqlıqlar gedir.


Qeyd edək ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.


Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.