15 May 2024
Azərbaycan İsraildə SƏFİRLİK AÇACAQ

Azərbaycan İsraildə SƏFİRLİK AÇACAQ

08 Oktyabr 2021
Baxış: 1941

Azərbaycan İsraildə səfirlik açacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib:

Məsələ çoxdan müzakirə olunur. Azərbaycanın İsraildə Səfirlik təsis edilməsinin tərəfdarıyıq. Lakin Azərbaycan rəhbərliyi bu prosesə pillə-pillə yanaşır. Hazırda ölkəmizin İsraildə ticarət nümayəndəliyi var”.

Daha sonra o qeyd edib:

“Ümumiyyətlə, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsini İranla bağlamaq düzgün deyil. Bizim öz prioritetlərimiz var. Bu məsələdə İrandan daha vacib elementlər var. İsraillə münasibətlərimiz, əlaqələrimiz daha önəmlidir”.(Konkret.az)