22 May 2024
Azərbaycan “bədbəxt ölkələr indeksi”ndə 157 ölkə arasında 62-ci yerdədir

Azərbaycan “bədbəxt ölkələr indeksi”ndə 157 ölkə arasında 62-ci yerdədir

13 İyun 2023
Baxış: 517

Zimbabve, ölkələrin əsasən iqtisadi şərtlərlə qiymətləndirildiyi “bədbəxt ölkələr indeksi”nin anti-reytinqində birincidir. Şərqi Afrika ölkəsi müharibədən əziyyət çəkən Ukraynanı (8-ci), Venesuelanı (2-ci) və Suriyanı (3-cü) geridə qoyub.

AJMEDİA.İNFO xəbər verir ki, müharibədən əziyyət çəkən Sudan siyahıda beşinci yeri tutur, Böyük Britaniya 129-cu yerə çatır və qalib - dünyanın ən bədbəxt ölkəsi siyahisında sonuncusu- İsveçrədir. 157 ölkənin yer aldığı siyahıda Rusiya 79-cu yeri tutub.

İllik bədbəxt ölkələr indeksi Con Hopkins Universitetinin tətbiqi iqtisadiyyat professoru Stiv Hanke tərəfindən tərtib edilir. İndekslər işsizliyin (ikiyə vurulması), inflyasiyanın və bank kredit faizlərinin cəmindən adambaşına düşən real illik faiz dəyişikliyidir.

Hankenin sözlərinə görə, ən bədbəxt ölkələr bunlardır: Zimbabve, Venesuela, Suriya, Livan, Sudan, Argentina, Yəmən, Ukrayna, Kuba, Türkiyə.

Reytinqdə Azərbaycan 157 ölkə arasında 62-ci yerdədir. Türkiyə 10-cu, İran 19-cu, Gürcüstan 36-cı, Ermənistan 75-ci, Rusiya 76-cı yerdədir.