02 May 2024
Azərbaycan Avropa Yəhudiləri Baş ravvini Dubaydakı sərgidə Azərbaycan stendinin qarşısında — FOTO

Azərbaycan Avropa Yəhudiləri Baş ravvini Dubaydakı sərgidə Azərbaycan stendinin qarşısında — FOTO

25 Oktyabr 2021
Baxış: 1139

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda “Ekspo 2020” ümumdünya sərgisi keçirilir.

AJMEDİA.İNFO xəbər verir ki, Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal Dubaydakı sərgidə Azərbaycan stendini ziyarət edib.



Xatırladaq ki, ərazi baxımından “Dubay Ekspo 2020” bu günə qədər təşkil olunan ən böyük ekspo tədbiridir. 400 hektardan çox ərazisi olan sərgi tematik olaraq 3 hissəyə bölünür: davamlılıq, mobillik və imkan. Azərbaycan pavilyonu sərginin davamlılıq hissəsində yerləşir.

“Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır” konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycandakı iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.(Demokrat.az)