16 May 2024
Avstraliya Ordusunun yeni zirehli maşınlarına “Spike” raketləri quraşdırılacaq

Avstraliya Ordusunun yeni zirehli maşınlarına “Spike” raketləri quraşdırılacaq

24 Aprel 2021
Baxış: 1214

“Rheinmetall” şirkətinin Avstraliya Ordusu üçün istehsal edəcəyi 200-dən çox “Boxer” və “Lynx KF41” döyüş maşınlarına təxminən 10 milyon dollar dəyərində “Spike LR2” raketləri quraşdırılacaq. AJM xəbər portalı Ordu.az-a istinadən bildirir ki, bu barədə Avstraliyanın “Supashock” şirkəti məlumat yayıb.

“Supashock” şirkəti raketlərin təchiz edilməsi üçün “Rheinmetall” şirkəti ilə müqavilə imzalayacaq.

“Spike” raketləri İsrailin “Rafael Advanced Defence Systems” şirkəti tərəfindən istehsal olunur.

Maksimum atış məsafəsi 5.5 km olan “Spike LR2” əsasən piyada qoşunları tərəfindən istifadə olunur və ya yüngül döyüş maşınlarının üzərinə quraşdırıla bilər.