16 May 2024
Avropa Məhkəməsindən böyük haqsızlıq - İki hərbi əsirimizlə bağlı şikayət rədd edildi

Avropa Məhkəməsindən böyük haqsızlıq - İki hərbi əsirimizlə bağlı şikayət rədd edildi

13 May 2023
Baxış: 487

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ötən ay azaraq Ermənistan Respublikasının sərhədini keçən iki Azərbaycan vətəndaşının - hərbi qulluqçuların qohumlarının Ermənistan hökumətinə qarşı müvəqqəti tədbirin tətbiqi barədə müraciətini Avropa Məhkəməsinin Qaydalarının 39-cu maddəsinə uyğun olaraq rədd edib. Erməni mediasının yazdığına görə, bu xüsusda Ermənistanda 2 azərbaycanlı hərbçiyə qarşı yaşama və hüquqa zidd münasibətin təzahürləri əsas götürülərək, İrəvana qarşı işgəncədən çəkinmək öhdəliyi əsasında müvəqqəti tədbirlərin tətbiqi üçün Avropa Məhkəməsinə vəsatət göndərilib.

“Lakin Ermənistan hökuməti Avropa Məhkəməsinə Azərbaycan hərbçilərinin konvensional hüquqlarının Ermənistan Respublikasında lazımi qaydada təmin edilməsi barədə düzgün mövqe təqdim edib. Bununla bağlı Ermənistan hökuməti Avropa Məhkəməsinə müvafiq sübutlar təqdim edib. Avropa Məhkəməsi Ermənistan hökumətinin mövqeyinə əsaslanaraq, Azərbaycan hərbçilərinin yaxınlarının Ermənistan Respublikasına qarşı müvəqqəti tədbirin tətbiqi ilə bağlı müraciətini rədd edib”, - deyə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəliyinin bəyanatında deyilir.

Göründüyü kimi, adında ədalət" sözü olan məhkəmə hərbçilərimizə qarşı bunca işgəncə faktları, o sırada video və foto sübutlar ola-ola ermənipərəst qərar çıxarıb. Görəsən niyə?

Xatırladaq ki, bu il aprelin 10-da Naxçıvan istiqamətində yolunu azaraq Ermənistan tərəfə keçən Aqşin Bəbirov və Hüseyn Axundov işgəncələrə məruz qalmaları azmış kimi və dərhal Azərbaycan tərəfinə təhvil verilmək əvəzinə (analoji hallarda Azərbaycan indiyədək 10 erməni əsgərini qeyd-şərtsiz geri qaytarıb!), onlara qarşı absurd “cinayət işləri” açılıb. Artıq hərbçilərimizdən birinə - Aqşin Bəbirova qondarma ittihamlar əsasında 11 il yarım iş “kəsilib”. Hüseyn Axundov isə üstəlik qətldə suçlanır. musavat.com