15 May 2024
Aparıcıdan İcra Hakimiyyətinə SƏRT SÖZLƏR: "Nəyə lazımsınız, sözünüz varsa, zəng edin!"

Aparıcıdan İcra Hakimiyyətinə SƏRT SÖZLƏR: "Nəyə lazımsınız, sözünüz varsa, zəng edin!"

06 Oktyabr 2023
Baxış: 480

Aparıcı Kubra Məhərrəmova Xətai Rayon İcra Hakimiyyətini sərt tənqid edib.

AJMEDİA.İNFO xəbər verir ki, o, canlı efirdə İcra Hakimiyyətini lazımsız adlandırıb:

"Allah eləməsin, həmin o qəzalı binada hansısa qəza baş versə və hansısa vətəndaşın həyatına faciəli halda son gəlsə, onda nə edəcəksiniz? Bütün problemlərə cənab prezident nəzarət etməlidir? Cənab prezident deyəndən sonra ki, filan hadisəni nəzarətimə alıram, bütün qurumlar mil durur. Yəni bütün işləri cənab prezidentmi görməlidir? O zaman siz nəyə lazımsınız?”

Aparıcı daha sonra efirin qaynar xətt nömrələrini xatırladaraq məsul şəxsləri açıqlama verməyə çağırıb:

“Bəli, yüksək tonal danışıram və tələb edirəm. O insanlar o vəziyyətdə yaşamalı deyil, çünki siz özünüz o vəziyyətdə yaşamırsınız. Hamımızın gözəl villaları, lüks mənzilləri var. O zaman, zəhmət çəkin, qəzalı vəziyyətdə olan binanı da təmir edin. Sadəcə "siyahıya almışıq" deməklə yaxanızı kənara çəkə bilməyəcəksiniz. Bizim qaynar xətlərimiz efirdə görünür. Deməyə sözünüz varsa, buyurun, zəng edin. İnsanları bu vəziyyətdə işgəncəyə məruz qoymaq olmaz”.

(sfera.az)