16 May 2024
Alzheimer xəstəliyi ilə bağlı ŞAD XƏBƏR: Dərmanı bu ilin sonunacan HAZIR OLACAQ

Alzheimer xəstəliyi ilə bağlı ŞAD XƏBƏR: Dərmanı bu ilin sonunacan HAZIR OLACAQ

12 Aprel 2023
Baxış: 319

Alzheimer xəstəliyinin müalicəsi 2040-cı ilə qədər hazır olacaq.

AJMEDİA.İNFO bildirir ki, Kardiff Universitetinin Böyük Britaniya Demans Tədqiqat İnstitutunun direktoru, professor Culi Uilyams gen terapiyası və beynəlxalq araşdırmaların hər gün tədqiqatçılara xəstəlik haqqında daha çox məlumat verdiyini söyləyib. Onun tədqiqat qrupu proqressiv vəziyyətə sahibolma riskini əhəmiyyətli dərəcədə artıran 92 gen müəyyən edib.

Halbuki, 2009-cu ildə tədqiqatlarına başlayanda yalnız üç gendən xəbərdar idilər. "İşlər hər zaman sürətlənir və yaxşılaşır. Son yeddi ildə əvvəlki 20 ildə öyrəndiyimdən daha çox şey öyrəndim", - deyə 30 ildir Alzheimer xəstəliyini tədqiq edən professor Uilyams “BBC”yə açıqlamasında deyib.

Mütəxəssis xəstəliyin heç vaxt sadə bir müalicənin olmayacağını vurğulayıb:

“Lakin 2040-cı ilə qədər biz bir sıra müalicə üsulları təklif edə biləcəyik. Dərmanların bəziləri artıq digər şərtlərə qarşı istifadə üçün təsdiqlənib və növbəti beş il ərzində klinik istifadədə ola bilər. Axtarışa haradan başlayacağımızı bildikdən sonra genlərin konkret beyin fəaliyyətinə təsirini öyrənmək mümkündür. 1990-cı illərdə milyonlarla dollara başa gələn testlər indi təxminən 30 funta həyata keçirilə bilər. Məsələn, indi bilirik ki, qüsurlu genlər “mikroglia” adlanan immun hüceyrələrinin işini dəyişdirir. Onlar səhvən sinapslar da daxil olmaqla sağlam beyin hüceyrələrini öldürə bilər. Sinapslar isə neyronlar arasındakı əlaqədir, buna görə də lazım olmadığı zaman zədələnərsə, insan yaddaşını itirməyə, xatirələrini unutmağa başlayır”.

Məlumata görə, “Lecanemab” adlı həbin xəstələrdə idrak qabiliyyətinin zəifləməsini 27 faiz yavaşlatdığı təsdiqlənib. Dərmanın bu ilin sonuna qədər hazır olacağına ümid edilir.