15 May 2024
"Alpinistlər" bu generalın oğlunun evini də qarət ediblər - FOTO
"Alpinistlər" bu generalın oğlunun evini də qarət ediblər - FOTO

"Alpinistlər" bu generalın oğlunun evini də qarət ediblər - FOTO

21 May 2021
Baxış: 754

Bakıda alpinistin qarət etdiyi evlərdən bir neçəsinin sahibi məlum olub.

AJMEDİA.info lent.az-a istinadən xəbər verir ki, evi qarət olunan şəxslərin arasında polis generalı Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Alpinist onun evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayıb.

Onu da qeyd edək ki, S.Mirzəyev hazırda təqaüddədir. Onun oğlu V.Mirzəyev isə hazırda daxili işlər orqanlarında çalışır. Bundan başqa, alpinistin əməlindən zərərçəkənlərdən biri də Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti Cəlal İsayevdir. Bakı şəhəri, Xətai rayon sakini Cəlal İsayev 2019-cu ildə polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 72 min ABŞ dolları (122000 AZN), 2500 manat pul və 20 min ABŞ dolları (34000 AZN) dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.