15 May 2024
Almaniyada irqçiliyə və sosial bərabərsizliyə qarşı mitinqlər keçirilib

Almaniyada irqçiliyə və sosial bərabərsizliyə qarşı mitinqlər keçirilib

15 İyun 2020
Baxış: 380

Almaniyanın bir neçə böyük şəhərində - Berlin, Leypsiq, Hamburq, Freiburq, Xemnitz, Münster və Passauda irqçiliyə və sosial bərabərsizliyə etiraz olaraq mitinqlər keçirilib.

AJM TASS-a istinadən xəbər verir ki, bu barədə Berlin polisi “Tvitter”də məlumat yayıb.

Nümayişlərin dinc şəkildə keçirildiyi bildirilib. Mitinqlərin ən izdihamlısı paytaxt Berlində olub.

Təşkilatçılar Berlində 20 min etirazçının iştirak etdiyini desə də, polis onların sayının 8 min olduğunu bildirib.

Polis nümayişçiləri sosial məsafəni qorumağa və tibbi maskalardan istifadə etməyə çağırıb.

Qeyd edək ki, nümayişlər ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsinə etiraz olaraq reallaşıb.

Teqlər: Almaniya