16 May 2024
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə “100 ağac əkək” aksiyası keçirilib - FOTOLAR

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə “100 ağac əkək” aksiyası keçirilib - FOTOLAR

08 Aprel 2023
Baxış: 208

8 aprel tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan tədbirlər çərçivəsində “100 ağac əkək” aksiyası keçirilib.

Aksiyanın keçirilməsində məqsəd ekologiyamızın bərpasına, ətraf mühitin qorunmasına dəstək olmaq, ictimaiyyətin nəzərini yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə yönəltmək, eyni zamanda insanlara ekologiyamızı qorumaq hissini aşılamaqdan ibarətdir.

Aksiya zamanı ümumilikdə 100 ədəd ağac əkildi. Beləliklə aksiya çərçivəsində atmosfer oksigenlə zənginləşdirilərək, ətraf mühitin mühafizəsinin təmin edilməsinə töhfə verildi.