16 May 2024
Abşeronskda erməni ermənini bu cür güllələdi - VİDEO

Abşeronskda erməni ermənini bu cür güllələdi - VİDEO

24 İyun 2022
Baxış: 430

Krasnodarın Abşeronsk şəhərində iki erməni ailəsi arasında uzun sürən qarşıdurma şəhərin tam mərkəzində qətllə nəticələnib. Erməni əsilli 54 yaşlı Kamo Yeqoyan kafeyə girərək hamının gözü qarşısında nahara gələn qonağı güllələyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, Yeqoyan gündüz vaxtı, ətrafdakı insanların, xüsusilə uşaqların gözü qarşısında bu qətli törədib.

Restoranın ofisiantı Yeqoyana stul atıb, bundan sonra müştərilərdən biri onu saxlaya bilib.

Hazırda müstəntiqlər qətlin motivini araşdırır. Artıq öldürülən 28 yaşlı Sergey Akopcanyanın Kamo Yeqoyanın oğlundan müəyyən borcun qaytarılmasını aqressiv şəkildə tələb etdiyi barədə ilk versiyalar ortaya çıxıb.

(axar.az)