21 May 2024
ABŞ-ın yeni dövlət katibi Golanı İsrail ərazisi kimi tanımır

ABŞ-ın yeni dövlət katibi Golanı İsrail ərazisi kimi tanımır

09 Fevral 2021
Baxış: 1867

ABŞ Dövlət katibi Anthony Blinken CNN-ə müsahibə verib. Blinken, Donald Trampın əvvəlki administrasiyası tərəfindən Golan Təpələrinin İsrail ərazisi kimi tanınmasına dəstək ifadə etməkdən imtina edib.
“Təcrübədə Golan Təpələrinə nəzarət İsrailin təhlükəsizliyi üçün hələ də vacibdir. Ancaq hüquqi status məsələsi başqa bir mövzudur. Gələcəkdə Suriyadakı vəziyyət dəyişərsə, bunu nəzərdən keçirəcəyik, amma bundan çox uzaqdayıq ”deyə Blinken bildirib.

Eyni zamanda Blinken, Suriya Prezidenti Bəşər Əsəd rejiminin və bölgədə İranın dəstəklədiyi silahlı dəstələrin mövcudluğunun Yəhudi dövləti üçün "ciddi təhlükəsizlik təhdidi" yaratdığını qeyd edib.

Bildiyiniz kimi, əvvəlki ABŞ prezidenti Donald Tramp 2019-cu ilin martında ABŞ-ın Golan Təpələri üzərindəki İsrailin suverenliyini tanıyacağını elan etmişdi. Keçən noyabr ayında, o zaman dövlət katibi Mayk Pompeo, Golanı ziyarət edən ilk ABŞ dövlət katibi olmuşdur.

Blinken də verdiyi müsahibədə Bayden rəhbərliyinin ABŞ-ın Yerusəlimdə səfirliyini saxlamaq niyyətində olduğunu təkrarladı.