15 May 2024
ABŞ Donanması LHA 9 amfibiya tipli hücum gəmiləri ilə bağlı müqavilə imzalayıb

ABŞ Donanması LHA 9 amfibiya tipli hücum gəmiləri ilə bağlı müqavilə imzalayıb

24 Aprel 2021
Baxış: 1182

ABŞ Müdafiə Nazirliyi LHA 9 amfibiya tipli hücum gəmiləri ilə bağlı “Huntington Ingalls Industries” şirkəti ilə müqavilə imzalayıb. AJM xəbər portalı Ordu.az-a istinadən bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilir ki, müqavilənin ümumi dəyəri təxminən 107,1 milyon dollardır.

“Ingalls” ABŞ Hərbi Dəniz Qüvvələri üçün böyük göyərtəli amfibiya gəmilərinin yeganə istehsalçısıdır. Şirkət indiyədək LHA 7-ə qədər gəmilərin inşasını həyata keçirib. Hazırda LHA 8 model inşa mərhələsindədir.