15 May 2024
3-cü doza peyvənd olunmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq? - RƏSMİ

3-cü doza peyvənd olunmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq? - RƏSMİ

11 Fevral 2022
Baxış: 457

Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının vurulmasından sonra altı aydan artıq vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Nəticədə həmin şəxslər müəyyən məkanlara giriş edə bilməyəcəklər.

Maraqlıdır, üçüncü doza vaksin vurdurmayan şəxslər “Bakı Metropoliteni”nə daxil ola, metronun imkanlarından yararlana biləcəklərmi?

AJMEDİA.İNFO bildirir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenisabah.az-a açıqlamasında onlara bu haqda heç bir məlumat verilmədiyini bildirib:

“Hazırda üçüncü doza vurdurmayan şəxslərlə bağlı “Bakı Metropoliteni”nə göstəriş gəlməyib. Pandemiya dövründə qərarlar Operativ Qərargah tərəfindən tənzimlənir. Operativ Qərargahın qərarlarını da “Bakı Metropoliteni” birmənalı şəkildə icra edir. Lakin hələ ki, bu barədə "Bakı Metropoliteni”nə nə şifahi, nə də yazılı məlumat verilməyib”.