16 May 2024
12 yaşlı məktəbli tanışından hamilə qaldı

12 yaşlı məktəbli tanışından hamilə qaldı

20 Sentyabr 2021
Baxış: 620

Moskvada 12 yaşlı 6-cı sinif şagirdin hamiləliyi qeydə alınıb.

AJMEDİ.İNFO xəbər verir ki, Daşa yaşıdları ilə ünsiyyətcil deyil, qapalı, ciddi qızdır. Lakin onun özündən xeyli böyük dostu olub. Anası onun adını bilmir, qız da ad çəkməkdən imtina edir.

Anası bildirir ki, qızının son 4 həftədə ciddi ürək bulanmaları və halsızlığı olub.

Həkimə getməzdən öncə ana aptekdən test alır. Hamiləlik işarəsini görəndən sonra huşunu itirir, qız isə əksinə sevinib.

"Qızım həmişə bacı və ya qardaş istəyirdi. Tək olduğuna görə özünü bədbəxt hiss edirdi. Tez-tez deyirdi ki, tez böyüyüb, ailə qurub, uşaq sahibi olmaq istəyir. Ona görə hamiləliyindən sevindi və uşağı saxlamaq, dünyaya gətirmək qərarına gəldik".

Daşa etiraf edir ki, dostu ilə münasibətdən öncə həqiqi yaşını gizlədib. Ona 16 yaşının olduğunu bildirib.

"Biz ilk günlər sadəcə görüşüb gəzirdik. Əgər ona 12 yaşımın olduğunu desəydim, o mənlə görüşməyəcəkdi. 1 həftədən sonra o, məni kirayə qaldığı evə dəvət etdi. İlk vaxtlar mən qoruyucu ilə münasibətdə olurdum.

Xəstəlikdən, infeksiyadan qorxurdum. Sonra o da istəmədi, dedi bunsuz da olar. Mən dedim ki, birdən hamilə qala bilərəm. Dedi ki, yox olmaz".

Qız hamilə olduğunu biləndən sonra uşağının atası ilə görüşmür. (medicina)