Donald Trampın şəxsi nümayəndəsi Stiv Uitkoff Moskvadan birbaşa Bakıya uçub
dünən 18:41“Neft Daşları”nda sızma baş verdi
08 Fevral 2025 09:30 | Baxış sayı: 488
“Azneft” İstehsalat Birliyinin “Neft Daşları”- Çilov - Şah saçı - Dübəndi neft xəttində sızma müşahidə edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən “Report”a məlumat verilib.
“Qeyd olunan neft xətti “Neft Daşları”ndan neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. Küləkli hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq addımlar atılır”, - məlumatda deyilib.
Bildirilir ki, təmir-bərpa işlərini həyata keçirəcək heyətin təhlükəsizliyini təmin etmək üçün hava şəraitinin sabitləşməsi gözlənilir:
“Əməliyyatın təhlükəsiz icrası üçün uyğun şərait yarandıqdan sonra təmir-bərpa işləri tamamlanacaq”.