06 May 2024
Ziya Məmmədovun oğlunun yerinə MİLYARDERİN OĞLU seçildi - FOTO

Ziya Məmmədovun oğlunun yerinə MİLYARDERİN OĞLU seçildi - FOTO

10 Fevral 2022
Baxış: 784

Bu gün Azərbaycan Qolf Federasiyasında hesabat-seçki konfransı keçirilib.

AJMEDİA.İNFO modern.az-a istinadən xəbər verir ki, Rauf Xəlilov Federasiyanın yeni prezidenti seçilib.

Bundan əlavə, Anar Əzimova federasiyanın vitse-prezidenti vəzifəsi həvalə olunub.

Eyni zamanda Qolf Federasiyası İdarə Heyətinə də seçkilər baş tutub. Belə ki, Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov İdarə Heyətinə üzv seçiliblər.

“İlk hədəfimiz yığmanı formalaşdırmaq və gəncləri bu idman növünə cəlb etməkdir. Quba şəhərində və Qala kəndində infrastrukturumuz var. Qubadakı qolf klubundan inkişafa başlamaq olar. Başqa regionlarda da inkişaf olacaq”, – deyə Rauf Xəlilov bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

Məlumata görə, Rauf Xəlilov “İSR” Şirkətlər Qrupunun sahibi, milyarder İsgəndər Xəlilovun oğludur.

Xatırladaq ki, Azərbaycan Qolf Federasiyası 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən yaradılmışdı. Lakin Z.Məmmədov nazir postunu tərk etdikdən sonra oğlu da federasiya ilə maraqlanmayıb. 2018-ci ildən federasiyanın ofisinin qapısı bağlanıb və fəaliyyət dayandırılıb.

Fotoda Rauf Xəlilov

Nazirin oğlunun yerinə milyarderin oğlu seçildi