19 May 2024
Zəngin amerikalılar namizədlərinin qalib gəlməsi üçün milyonlar xərcləyir: Soros yenə ən böyük donordur - SİYAHI

Zəngin amerikalılar namizədlərinin qalib gəlməsi üçün milyonlar xərcləyir: Soros yenə ən böyük donordur - SİYAHI

07 Noyabr 2022
Baxış: 311

Qarşıdan ABŞ Konqresinə seçkilər gəlir. Zəngin amerikalılar bu seçkilərdə simpatiya bəslədikləri partiya namizədlərinin qalib gəlməsindən ötrü böyük pullar xərcləyiblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “OpenSecrets” araşdırma qrupu xərclərin 2018-ci illə müqayisədə təxminən 2 milyard dollar artdığını ortaya çıxarıb. Təkcə 10 zəngin amerikalı builki seçkilərə 540 milyon dollar ianə başışlayıb. Bu meqadonorlar pullarının çoxunu iki hakim partiyaya bağlı xüsusi qruplara verirlər. Onlar da öz növbəsində kampaniya reklamları üçün böyük imkan qazanırlar.

Bu seçkilərdə ianələrin təxminən 62 faizi respublikaçı namizədlər üçün ayrılıb.

"OpenSecrets" tərəfindən tərtib edilmiş ən son hesabata görə, ən iri 10 donor bunlardır:

Corc Soros

İanə: 128,5 milyon dollar. Demokrat partiyası

Soros 128,5 milyon dolları özünün qurduğu “Democracy PAC” təşkilatına bağışlayıb. Bundan başqa, o, Demokrat namizədləri dəstəkləyən bir neçə superkoordinatora milyonlarla dollar xərcləyib.

Riçard Yulayn

80,7 milyon dollar, Respublikaçı

Yulayn ölkənin ən böyük özəl şirkətlərindən biri sayılan gəmiçilik nəhəngi ”Uihlein” korporasiyasının həmtəsisçisidir. İllinoys milyarderi son seçkilərdə əsas Respublikaçı donor kimi özünü göstərib.

Kennet Qriffin

68,6 milyon dollar, Respublikaçı

Mayamidə yerləşən “Citadel” hec fondunun baş direktoru Kennet Qriffin “Forbes”un siyahısında 31 milyard dollarlıq xalis sərvəti ilə ən varlı meqadonorlardan biridir.

Ceff Yass

47,3 milyon dollar, Respublikaçı

Yass “Susquehanna International Group” milyarder qurucusudur. Uzun müddətdir Respublikaçılara sponsorluq edir. Amerikalı milyarder libertarian (iqtisadiyyatda ultra-liberal dəyərləri müdafiə edən cərəyan-red.) Katon İnstitutunun idarə heyətinin sədr müavinidir.

Timoti Mellon

40 milyon dollar, Respublikaçı

Uzun müddətdən bəri respublikaçıların meqa-donoru sayılan Mellon, bank maqnatı Endryu Mellonun nəvəsidir. Keçmiş prezident Trampın və onun immiqrasiya qanunlarını sərtləşdirmə səylərinin əsas tərəfdarı olan Mellon keçən il Texasla sərhəd divarının tikintisi üçün təsis olunan fonda 53 milyon dollar bağışlayıb.

Sem Bankman-Frid

39,8 milyon dollar, Demokrat

Sem Bankman-Fried “Crypto Exchange FTX”nin təsisçisi və baş direktorudur.

Fred Eyçeyner

35,8 milyon dollar, Demokrat

Uzun müddətdir ki, Demokrat Partiyasının meqa-donoru və LGBT tərəfdarı olan Eyçeyner Çikaqo bölgəsində bir neçə radio stansiyası və qəzetin sahibi olan “Newsweb” korporasiyasını idarə edir.

Stiven Şvartsman

35,5 milyon dollar, Respublikaçı

Şvartsman dünyanın ən böyük özəl kapital şirkətlərindən biri olan “Blackstone Group”u idarə edir.

Piter Til

32,6 milyon dollar, Respublikaçı

“PayPal” həmtəsisçisi olan və hazırda “Palantir Technologies” məlumat analitik firmasını idarə edən Til qatı respublikaçıdır

Larri Ellison

31 milyon dollar, Respublikaçı

Ellison 100 milyard dollarlıq sərvəti ilə bu siyahıdakı ən varlı adamıdır.
“Oracle” Korporasiyasının sədri qarşıdan gələn Senat seçkilərində respublikaçı senator Tim Skott (R-p.) ilə bağlantıları olduğu bilinən “Opportunity Matters Fund” fonduna 20 milyon dollar bağışlayıb.

Musavat.com