20 May 2024
"Zəngəzur, Göyçə, İrəvan bizim doğma torpağımızdır, əlbəttə, qayıdacağıq" - PREZİDENT

"Zəngəzur, Göyçə, İrəvan bizim doğma torpağımızdır, əlbəttə, qayıdacağıq" - PREZİDENT

14 İyul 2021
Baxış: 513

“İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq”.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.

“Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”, – dövlət başçısı bildirib.