19 May 2024
Zəlzələ zamanı məktəbdə çəkilən görüntü GÜNDƏM OLDU - VİDEO

Zəlzələ zamanı məktəbdə çəkilən görüntü GÜNDƏM OLDU - VİDEO

07 Dekabr 2023
Baxış: 286

Bakıda məktəblərdən birində lentə alınan və sosial şəbəkədə paylaşılan video marağa səbəb olub.

AJMEDİA.İNFO Axşam.az-a istinadən xəbər verir ki, Buzovna qəsəbəsində 206 nömrəli məktəbdə səhər saat 08:16 radələrində olan zəlzələdə şagirdlər həyətə çıxarılıb.

Balacalar qorxmasın deyə, məktəbin həyətində mahnı səsləndirilib. Uşaqlar isə orada rəqs etməyə başlayıblar.

Qeyd edək ki, bu gün səhər saat 08:16-da Bakıda 5,6 bal gücündə zəlzələ olub.