17 May 2024
“Zəlzələ kahini”ndən yeni proqnoz – “Bu ərazilərdə təkanlar olacaq”

“Zəlzələ kahini”ndən yeni proqnoz – “Bu ərazilərdə təkanlar olacaq”

29 Mart 2023
Baxış: 395

Türkiyədə baş vermiş zəlzələ barədə 3 gün öncədən xəbər verən avstriyalı geofizik Frank Hoogerbeets yeni paylaşımları ilə diqqət çəkib.

AJMEDİA.İNFO bildirir ki, alim yaxın aylarda 8,3 bal gücündə zəlzələ baş verə biləcəyini söyləyib. “Youtube” kanalında paylaşdığı görüntülərdə Türkiyəyə yaxın məsafədə Afrika, Pasxa adaları, Hindistan və Aralıq dənizində zəlzələ gözlədiyini deyən Frank yenə planetlərin və Ayın hərəkətlərinə işarə edib:

“Merkuri, Venera, Yupiter və Ay “kosmos həndəsəsi” üsulu ilə tək bir xətt halına gələcək. Son günlərdə böyük bir zəlzələ olmayıb, bu səbəbdən qarşıdakı dövrdə bu bölgələrdə şiddətli bir zəlzələ gözlənilir”.

O həmçinin, yaxın günlərdə Türkiyədə böyük təkanın olacağını iddia edib.

Avstriyalı geofizik başqa paylaşımında Çiliyə işarə edib. 2015-ci ildən bu yana burada böyük bir zəlzələ olmadığını və sonuncunun 8,3 bal olduğunu xatırladan Frank avqust və noyabr ayları arasında oxşar gücdə zəlzələnin təkrarlanacağını deyib. O, bu iddialarını "kosmos həndəsəsi" metodu ilə əlaqələndirib.