18 May 2024
"Zelenskiyə qarşı sui-qəsd təhlükəsi yenə də var, lakin o Kiyevdən GHETMƏYƏCƏK - Podolyak

"Zelenskiyə qarşı sui-qəsd təhlükəsi yenə də var, lakin o Kiyevdən GHETMƏYƏCƏK - Podolyak

07 Mart 2022
Baxış: 303

“Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevi tərk etməyə hazırlaşmır”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb.

“Zelenski Kiyevi tərk etməyəcək. O qorxmur. O hesab edir ki, ölkənin daxilində, qəlbində olmalıdır”, - deyə M.Podolyak bildirib.

O, həmçinin Volodimir Zelenskiyə qarşı hazırlanmış sui-qəsdlər barədə də danışıb. Bildirib ki, prezident əks-kəşfiyyatı mütəmadi olaraq vəziyyətə nəzarət edir.

M.Podolyakın sözlərinə görə, V.Zelenskiyə qarşı sui-qəsdlərin sayı iddia olunduğu kimi iki yox, daha çox olub.

Mənbə: pravda.com.ua