16 May 2024
"Zelenskinin yerinə onu hazırlayırlar" - ABŞ tərəfi yeni liderin adını AÇIQLADI

"Zelenskinin yerinə onu hazırlayırlar" - ABŞ tərəfi yeni liderin adını AÇIQLADI

21 Dekabr 2022
Baxış: 460

ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skot Ritter hesab edir ki, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı ordu generalı Valeri Zalujnı timsalında Ukrayna Prezidenti Volodimir Zelenskini əvəzləyən şəxs hazırlayır.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, Ritterin iddiasına görə, Ukrayna prezidenti artıq əvvəlki səlahiyyətlərə malik deyil və Vaşinqtonun qərarlarına qarşı çıxmaq iqtidarında deyil.

“General Zalujnı kimi insanlar Ukraynanın gələcəyini həll edəcəklər. Münaqişə son mərhələyə çatanda o, Kiyevin tərəfində danışıqlar masasına oturacaq”, - Ritter bildirib.

Onun sözlərinə görə, “Qərb mediasında Zalujnının hərəkətlərini və bəyanatlarını gündəmə gətirmək tendensiyası var, Zelenskiyə sitatlar və digər istinadlar isə azalır”. (sfera.az)