17 May 2024
Zelenskinin bu çıxışı yaponların NARAZILIĞINA SƏBƏB OLDU

Zelenskinin bu çıxışı yaponların NARAZILIĞINA SƏBƏB OLDU

22 Mart 2022
Baxış: 646

ABŞ Konqresində çıxışı zamanı Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın xüsusi əməliyyatını Yaponiyanın Pörl Harbordakı ABŞ hərbi bazasına hücumu və 11 sentyabr terror aktı ilə müqayisə edib.

AJMEDİA.İNFO xəbər verir ki, “Newsweek” nəşrinin iddiasına görə, Zelenskinin sözləri yaponları həmişəlik Ukraynadan uzaqlaşdırıb.

Qeyd edək ki, Zelenski martın 16-da ABŞ Konqresində çıxış edib. O, ABŞ-ın tarixindəki siyasi hadisələrlə Ukraynadakı vəziyyəti müqayisə etməkdən çəkinməyib. Bunlardan biri də 1941-ci ilin sonunda Yaponiyanın Pörl Harbora hücumu olub. Məhz bundan sonra ABŞ İkinci Dünya Müharibəsinə qoşulub. Zelenski həmçinin 2001-ci il sentyabrın 11-də terrorçuların Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin binasına hücumunu da xatırladıb.

Yaponiyalı sosial şəbəkə istifadəçilərinin reaksiyası isə fərqli olub: “Mən Pörl Harbor mövzusuna təfərrüatlı toxunmayacağam. Amma məndə belə təəssürat yarandı ki, Zelenski hərbi münaqişə üçün kampaniya aparır. Ona görə də onun Konqresdəki çıxışına böyük şübhəm var”.

“İndi aydın oldu ki, uzun müddət Rusiyanı təxribata və silahlı münaqişəyə cəlb etməyə səy göstərən əsas şəxs məhz Zelenski olub. Zelenskinin Konqresdəki bu çıxışı məndə bu cür fikirlərin yaranmasına kifayət etdi. Ona görə də mən Ukraynanı dəstəkləyə bilmirəm” – yapon istifadəçilər qeyd ediblər.(konkret.az)