20 May 2024
"Zelenskini Paşinyanın aqibəti gözləyir" - Rusiyalı ekspert

"Zelenskini Paşinyanın aqibəti gözləyir" - Rusiyalı ekspert

21 Fevral 2022
Baxış: 570

Münaqişənin sülh yolu ilə həll olunma imkanlarıı həmişə “X zamanı”na qədər olur. “X zamanı” dedikdə açıq münaqişəyə dəqiqələr qalmış vaxtı nəzərdə tuturam. Məncə, ABŞ Ukrayna prezidentini öz xalqına qarşı müharibəyə başlamağa inandıracaq və bu, yəqin ki, Ukrayna dövlətçiliyinin sonu olacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.

“Müharibə ən azından Ukraynanın bugünkü siyasi vəziyyətinin sonuna gətirib çıxaracaq. Ukrayna və Rusiya xalqlarına müharibə lazım deyil, amma aydındır ki, Ukrayna prezidentinin Qərb tərəfdaşları başqa cür düşünürlər. Zelenskinin son bəyanatları yalnız dünya oyunçuları tərəfindən onun siyasətçi kimi peşəkar keyfiyyətlərinin tənqidinə gətirib çıxarır. O, sülhdən danışır, amma silahları partladır. O, Ukraynanın nüvə silahına ehtiyacı olduğunu deyir.

Mən belə deyərdim – Zelenskinin üzərində millətlərin barışıq məsuliyyəti durur. Bu çətindir, amma mümkündür. Əks təqdirdə, onun aqibətini təxmin edə bilərəm – müharibə acınacaqlı nəticələrə gətirib çıxaracaq. Paşinyanı yada salın”, – deyə müsahibimiz qeyd edib.