20 May 2024
Zelenskidən Rusiya əsgərlərinə: "Yalnız bu halda sağ qala bilərsiniz"

Zelenskidən Rusiya əsgərlərinə: "Yalnız bu halda sağ qala bilərsiniz"

09 Mart 2022
Baxış: 346

“Əgər rus əsgərləri ölkəmizi tərk etsələr, sağ qala bilərlər”.

AJMEDİA.İNFO UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski rus hərbçilərinə videomüraciətində deyib.

“2 həftəlik müqavimətimiz göstərdi ki, biz təslim olmayacağıq. Çünki bura bizim evimizdir. Biz torpaqlarımızı geri qaytaranadək döyüşəcəyik. Komandirlərinizə inanmayın. Ukraynada sizi ölümdən və əsirlikdən başqa nəsə gözləmir. Biz müharibəni bitirməli, sülhə qayıtmalıyıq”- o bildirib.