17 May 2024
Zelenski yenidən rusiyalılara müraciət etdi: “Bizim üçün müharibə əleyhinə mübarizə aparın”

Zelenski yenidən rusiyalılara müraciət etdi: “Bizim üçün müharibə əleyhinə mübarizə aparın”

25 Fevral 2022
Baxış: 530

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşlarına növbəti dəfə müraciət edib.

AJMEDİA.İNFO-nun məlumatına görə, o qeyd edib ki, Ukrayna Rusiyada müharibəyə etiraz edən vətəndaşları görür.

“Rusiyanın etiraza çıxan bütün vətəndaşlarına demək istəyirəm ki, sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başlamısınız. Bizim üçün müharibənin əleyhinə mübarizə aparın”, - deyə V.Zelenski bildirib.

Qeyd edək ki, Volodimir Zelenski ötən gün də Rusiya vətəndaşlarına müraciət edərək onları müharibə əleyhinə etirazlara çağırmışdı.