17 May 2024
"Zelenski və Putinin danışıqlarına hazırlıq gedir" - Ukrayna rəsmisi

"Zelenski və Putinin danışıqlarına hazırlıq gedir" - Ukrayna rəsmisi

22 Mart 2022
Baxış: 465

“Ukrayna Prezidenti Vlodomir Zelenski və Rusiyanın dövlət başçısı Vladimir Putinin görüşü sülhün bərpası üçün açardır”.

AJMEDİA.İNFO UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində deyib.

“İstənilən fundamental qərar yalnız dövlət başçıları səviyyəsində qəbul oluna bilər. Belə bir görüşə hazırlıq gedir. Bu görüşü təşkil etmək istəyən tərəfdaşlarımızla əlaqələrimiz davam edir. Müharibənin qaynar fazasının sona çatmasında maraqlı ölkələr var. Bəzi ilkin sənədlər hazırlanıb liderlərə veriləcək. Onlar bunu qiymətləndirəcəklər. Bu, prezidentlər səviyyəsində üzbəüz müzakirə üçün “yol xəritəsi” olacaq”, - o bildirib.

M.Podolyak, həmçinin vurğulayıb ki, dövlət başçılarının ehtimal olunan görüşü ilə bağlı hələlik tarix proqnozlaşdırmaq mümkün deyil.(report.az)