20 May 2024
Zelenski Ukraynadan çıxmayıb, paytaxt Kiyevdədir - KİV

Zelenski Ukraynadan çıxmayıb, paytaxt Kiyevdədir - KİV

25 Fevral 2022
Baxış: 489

Rusiya Silahlı Qüvvələrinin Kiyevə hücumu səbəbindən Ukrayna Prezidenti Vladimir Zelenski bunkerə aparılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb.

Zelenskinin Avropa İttifaqının fövqəladə iclasına zirzəmidən və ya bunkerdən qatıldığı məlum olub.

İsveçin Baş naziri Maqdalena Andersson bunları söyləyib: “O zirzəmiyə və yaxud bunkerə bənzəyən bir yerdə əyləşmişdi. O bizə Ukraynadakı vəziyyətlə bağlı məlumat verdi. Biz sağollaşanda hamımız bilirdik ki, bir daha bir-birimizi görəcəyimiz dəqiq deyil. Hər şey növbəti bir neçə gün ərzində hadisələrin necə inkişaf edəcəyindən asılıdır”.

Qeyd edək ki, Ukrayna Prezidenti ötən gün bildirib ki, ailəsi ölkədədir və oranı tərk etmək fikrində deyil.

***

“RİA Novosti” yazır ki, Almaniya hökuməti onda olan məlumata görə Zelenskinin Kiyevdə olduğunu bildirib.