20 May 2024
Zelenski Rusiya qoşunlarına xəbərdarlıq edib: "Ukrayna müdafiəçiləri əks-hücuma hazırlaşır"

Zelenski Rusiya qoşunlarına xəbərdarlıq edib: "Ukrayna müdafiəçiləri əks-hücuma hazırlaşır"

03 Aprel 2023
Baxış: 470

“Ukrayna müdafiəçiləri əks-hücuma və işğal olunmuş ərazilərini azad etməyə hazırlaşır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, düşmən Ukraynanı tərk etməsə, məhv olacaq.

Zelenski ehtimal olunan əks-hücum əməliyyatlarının təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl Ukraynanın müdafiə naziri Oliksiy Reznikov ölkəsinin aprel-may aylarında əks-hücum əməliyyatına başlayacağını söyləmişdi.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Donetsk istiqamətində taktiki vəziyyətin yaxşılaşdığını bildirib.