20 May 2024
"Zelenski-Putin görüşünə hazırlaşın" - Ukrayna rəsmisi

"Zelenski-Putin görüşünə hazırlaşın" - Ukrayna rəsmisi

30 Mart 2022
Baxış: 362

“Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda görüşə bilərlər”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak onlayn brifinq zamanı deyib.

"Prezidentlərin görüşünə hazırlaşın. Bunun nə vaxt baş verəcəyi artıq daha çox logistik məsələdir. Çünki ruslar bizim təkliflərimizə baxmalı, onlara hansısa ilkin cavab verməlidir", - Podolyak bildirib.

Onun sözlərinə görə, danışıqlar üzrə iş gedir. İşçi alt qruplar müəyyən mövqeləri izah etmək və ya aydınlaşdırmaq üçün onlayn əlaqə saxlayır.