02 May 2024
Zelenski Avstraliyadan BU HƏRBİ TEXNİKANI İSTƏDİ

Zelenski Avstraliyadan BU HƏRBİ TEXNİKANI İSTƏDİ

01 Aprel 2022
Baxış: 452

Ukrayna Prezidenti Volodimir Zelenski Avstraliyanın baş naziri Skott Morisonun da olduğu Nümayəndələr Palatasına toplaşan deputatlar və senatorlarla telekonfrans vasitəsilə danışıb.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, Zelenski Avstraliyanı ölkəsini silahlandırmağa və "Bushmasters" adlı zirehli texnika göndərməyə çağırıb.

Rusiya hərbçiləri ilə döyüşən Ukrayna qüvvələrinin daha çox silaha ehtiyacı olduğunu vurğulayan Zelenski, “Ən çox şərlə mübarizə aparanları silahlandırmalıyıq” deyib.

Avstraliyanın “Bushmaster” adlı zirehli hərbi maşınlarının Ukraynaya göndərilməsini istəyən Zelenski söyləyib: “Sizin Ukraynaya əhəmiyyətli dərəcədə kömək edə biləcək çox yaxşı zirehli personal maşınlarınız var – “Bushmaster”lər. Silahlanma baxımından bizim mövqelərimizi gücləndirə biləcək başqa texnikanız da var. Bunu bizimlə bölüşmək imkanınız olsa, çox minnətdar olarıq”.