18 May 2024
Zaqatalada 64 yaşlı kişi tövlədə özünü asdı

Zaqatalada 64 yaşlı kişi tövlədə özünü asdı

27 Noyabr 2021
Baxış: 648

Zaqatalada intihar hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə rayonun Danaçı kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Zeynalabid Məmməd oğlu Abakovun meyiti yaşadığı evin həyətində yerləşən tövlədən asılı vəziyyətdə aşkar edilib.

Əsəb xəstəliyindən əziyyət çəkən Z.Abakovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. (Milli.Az)