16 May 2024
Yuxuda oğlunun öldüyünü görən qadın özünü bıçaqladı - AZƏRBAYCANDA

Yuxuda oğlunun öldüyünü görən qadın özünü bıçaqladı - AZƏRBAYCANDA

07 Yanvar 2022
Baxış: 549

Gəncə şəhərində 57 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Ü.M. gördüyü yuxuya görə özünü bıçaqlayıb. Belə ki, qadın gecə yatarkən yuxusunda hərbi xidmətdə olan oğlunun öldüyünü görüb. Yuxudan oyanan Ü.M. mətbəx bıçağı ilə qarın nahiyəsinə xəsarət yetirib.

Hazırda qadının vəziyyəti normaldır, araşdırmalar davam etdirilir.