06 May 2024
Yunanıstan verdiyi sözdən QAÇDI:  Türkiyəyə yardım ETMƏYƏCƏK

Yunanıstan verdiyi sözdən QAÇDI: Türkiyəyə yardım ETMƏYƏCƏK

03 Avqust 2021
Baxış: 668

Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsi üçün yardıma hazır olduqlarını bildirən Yunanıstan hökuməti öz vədinə xilaf çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.

Bildirilib ki, yardım fəaliyyətini idarə edən Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin çağırışına Yunanıstan hökuməti tərəfindən heç bir cavab verilməyib.

Xatırladaq ki, Yunanıstan Xarici İşlər naziri Nikos Dendias iyunun 29-da həmkarı Mövlud Çavuşoğluna zəng edərək, yanğınla mübarizə üçün dəstək verməyə hazır olduqlarını söyləmişdi. (publika.az)