Sumqayıtda Azərbaycan səhiyyəsinin inkişafına həsr olunmuş t...
10 saat əvvəlYoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydası dəyişdi
22 Yanvar 2022
Baxış: 518
“Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”na dəyişiklik edilib.
AJMEDİA.İNFO xəbər verir ki,Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, həmin qaydaların 4.6-cı bəndi ləğv edilir.
4.6-cı bəndə görə, yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi.
Eyni zamanda qərara əsasən, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.