16 May 2024
“Yoluxma sürətlə artarsa, sərt qapanmaya gediləcək” - Prezidentin köməkçisi

“Yoluxma sürətlə artarsa, sərt qapanmaya gediləcək” - Prezidentin köməkçisi

26 İyul 2021
Baxış: 692

Prezidentin köməkçisi Şahmar Mövsümov payızda yenidən sərt qapanmaların olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AJMEDİA.İNFO-nun xəbərinə görə, Ş. Mövsümov deyib ki, əgər yoluxma sürətlə artarsa, xəstəxanalar dolarsa, sərt qapanmaya gediləcək:

“Əgər epidemioloji vəziyyət pisləşsə, biz qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur. Qapanma olmadan bunun qarşısını almaq çox çətindir. Amma insanlar kütləvi şəkildə və qısa müddətdə vaksin olunarsa, qapanmaya getməyə ehtiyac qalmayacaq, təşviş də olmayacaq”.