19 May 2024
Yerusəlimdə ermənilərlə qarşıdurma: Fransa narahat oldu

Yerusəlimdə ermənilərlə qarşıdurma: Fransa narahat oldu

17 Noyabr 2023
Baxış: 522

Fransa Yerusəlimdə Qədim şəhər məhəlləsində yaranmış gərgin vəziyyəti dərin narahatlıqla izləyir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Fransanın Yerusəlimdəki konsulluğunun ermənilərlə polis qüvvələri arasında baş vermiş qarşıdurma ilə bağlı məlumatında deyilir.

“Fransa israilli köçkünlərin əhaliyə təzyiq etdiyi Qədim şəhərin erməni məhəlləsində davam edən gərginliyi dərin narahatlıqla izləyir”, - deyə bildirilib.

Qeyd edək ki, ötən gün erməni icmasının nümayəndələri ilə polis qüvvələri arasında növbəti qarşıdurma baş verib. Dörd erməni polis tərəfindən saxlanılıb, bir müddət sonra onlar sərbəst buraxılıb.//Axar.az