16 May 2024
Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ!

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ!

17 İyun 2022
Baxış: 491

“Azərbaycanda uzun müddətdir əhali digər çiçək növlərinə qarşı peyvənd olunduğu üçün yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinin demək olar ki, qorxusu yoxdur. Çünki peyvənd olunublar”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bildirib.

Gənc nəslə gəlincə, Teymur Musayev deyib ki, virusun insandan insana keçməsi üçün çox sıx təmas olmalıdır:

“Fərdi gigiyena qaydaları vacibdir. Artıq COVİD-19-dan sonra hamı bunu yaxşı başa düşür. Gigiyenik məhlullardan istifadə edilməli və sosial məsafə saxlanılmalıdır”.