17 May 2024
Yaponiyanın Baş naziri Rusiya ilə ərazi mübahisəsini həll etməyə çalışacağını bildirib

Yaponiyanın Baş naziri Rusiya ilə ərazi mübahisəsini həll etməyə çalışacağını bildirib

25 Mart 2021
Baxış: 1232

Yaponiya Rusiya ilə ərazi mübahisəsini 1956-cı ildə SSRİ ilə Yaponiya arasında imzalanan birgə bəyanata uyğun olaraq, danışıqlar yolu ilə həll etməyə çalışacaq.

AJM xəbər verir ki, bu barədə bəyanatla Yaponiyanın Baş naziri Yoşihide Suqa parlamentdə dinləmələr zamanı çıxış edib. Yoşihide Suqa xatırladıb ki, 2020-ci ilin sentyabrında Rusiya Prezidenti ilə telefon danışığı zamanı bu mövzuda müzakirələri sürətləndirmək niyyətində olduqlarını təsdiqləyiblər.

“Müharibədən sonrakı 70 ildə həll edilməyən problemi həll etmək çox çətindir, lakin mən məsələnin baza prinsipləri əsasında həllinə çalışmaq niyyətindəyəm”, - deyə Y.Suqa bildirib.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi də Tokionun Moskva ilə Kuril adalarında birgə təsərrüfat fəaliyyətini davam etdirmək niyyətində olduğunu deyib. “Hər bir layihə üzrə mütəxəssislərin və işçi qrupların onlayn rejimdə görüşləri keçirilir”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, II Dünya müharibəsindən sonra Moskva ilə Tokio arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Məsələnin həllində əsas maneə kimi Cənubi Kuril (Kunaşir, Şikotan, İturup və Habomai adalar qrupu) adalarının mənsubiyyətinin həll olunmaması göstərilir. Yaponiya 1855-ci ildə ikitərəfli ticarət və sərhədlər barədə traktata əsasən bu əraziləri özününkü hesab edir. Moskvanın mövqeyinə görə isə həmin adalar müharibənin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib.

Teqlər: Yaponiya