17 May 2024
Yaponiyada torpaq sürüşməsi nəticəsində 80 ev dağılıb, ölən və itkin düşənlər var

Yaponiyada torpaq sürüşməsi nəticəsində 80 ev dağılıb, ölən və itkin düşənlər var

04 İyul 2021
Baxış: 1250

Ötən gün Yaponiyanın Atami şəhərində torpaq sürüşməsi baş verib.

AJM NHK telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində, təxminən 80 ev dağılıb, 2 nəfər ölüb, 20 nəfər itkin düşüb

Bu rəqəmlərin artacağı istisna edilmir.

Təxminən 2 km ərazidə axtarış əməliyyatlarına başlanılıb. Evlərin dağıntıları altından, təxminən 19 nəfər tapdılıb.

100-300 aralığında evlər müxtəlif dərəcədə zədələnib.

Sürüşməyə səbəb kimi Yaponiyanın mərkəzi və şərq bölgələrinə düşən güclü leysan yağışları göstərilir.

Teqlər: Yaponiya