21 May 2024
Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

20 Mart 2021
Baxış: 1211

Şənbə günü Yaponiyanın şimal şərqində 7,2 bal gücündə zəlzələ qeydə alınıb, sunami təhlükəsi elan olunub.

AJM Kyodo agentliyinə istinadla xəbər verir ki, meteoroloqlar yeraltı təkanların episentrinin yaxınlığında yerləşən Miyaqi prefekturası sahillərində bir metr hündürlüyündə sunami ola biləcəyi barədə xəbərdarlıq ediblər. Sahil rayonlarının əhalisinə sahil xəttinə yaxınlaşmamaq tövsiyə olunur.

Zəlzələ ocağı okean dibindən 60 kilometr dərinlikdə yerləşib. Yaponiya hökumətində təbii fəlakətlə bağlı operativ qərargah yaradılıb. Miyaqi prefekturasından keçən sürət qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Teqlər: Yaponiya