21 May 2024
Yaponiya Şimali Koreyanın raket atdığını elan edib

Yaponiya Şimali Koreyanın raket atdığını elan edib

12 İyul 2023
Baxış: 530

Şimali Koreya çərşənbə günü Yapon dənizinə ballistik raket atıb.

Bu barədə Yaponiyanın Sahil Mühafizəsi məlumat yayıb.

Xidmət ərazidəki balıqçı gəmilərini ayıq-sayıq olmaları və tapıldığı təqdirdə dağıntılardan uzaq durmaları barədə xəbərdarlıq edib.

Daha əvvəl NATO ölkələri Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan ballistik raketlər və kütləvi qırğın silahları hazırlamaq proqramlarını pisləyib.Bu barədə alyansın Vilnüsdə keçirilən sammitinin birinci gününün yekun bəyanatında deyilir.

NATO dövlətləri Pxenyanı dialoqa qayıtmağa və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələblərinə əməl etməyə çağırıb. Alyans, həmçinin Şimali Koreyanı ABŞ, Koreya Respublikası və Yaponiyanın dialoq dəvətlərinə müsbət cavab verməyə səsləyib.

Teqlər: