17 May 2024
Yaponiya özünümüdafiə qüvvələrinin F-35B qırıcı təyyarələrini ilk dəfə olaraq ölkənin cənub-qərbində yerləşdirəcək

Yaponiya özünümüdafiə qüvvələrinin F-35B qırıcı təyyarələrini ilk dəfə olaraq ölkənin cənub-qərbində yerləşdirəcək

04 Aprel 2021
Baxış: 1274

Yaponiya özünümüdafiə qüvvələrinin F-35B qırıcı təyyarələrini ilk dəfə olaraq ölkənin cənub-qərbində, Miyazaki prefekturasının Nyutabaru bazasında yerləşdirmək niyyətindədir.

AJM xəbər verir ki, bu barədə bazar günü “Yomiuri” qəzeti hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Qeyd edilir ki, hazırda məsələ yerli hakimiyyət orqanları ilə razılaşdırılır. Həmçinin bildirilir ki, özünümüdafiə qüvvələri F-35B qırıcılarının uçuşlarına 2024-cü ildə başlamağı nəzərdə tutur. Bildirilir ki, Yaponiya hökuməti bu addımı uzaqda yerləşən adaları müdafiə etmək məqsədilə atır.

Əlavə olaraq qeyd edək ki, ABŞ-ın “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən F-35B beşinci nəsil çoxfunksiyalı qırıcı-bombardmançı təyyarələri qısa uçuş məsafəli və üfüqi eniş qabiliyyətlədir. Yaponiya hökuməti 2019-cu ildə beş belə təyyarənin alınması planını təsdiq edib. 2023-cü ildə isə 18 belə təyyarənin alınması nəzərdə tutulur. Həmin qırıcı təyyarənin hər birinin alış qiyməti 130 milyon dollar təşkil edir. Ümumilikdə 42 belə təyyarənin alınması planlşadırılır.

Teqlər: Yaponiya