17 May 2024
Yaponiya hökuməti əcnəbilərin ölkəyə gəlişinə qoyulan məhdudiyyətləri yüngülləşdirib

Yaponiya hökuməti əcnəbilərin ölkəyə gəlişinə qoyulan məhdudiyyətləri yüngülləşdirib

26 Sentyabr 2020
Baxış: 1409

Yaponiya hökuməti koronavirus pandemiyasına görə əcnəbilərin ölkəyə gəlişinə qoyulan məhdudiyyətlərin yüngülləşdirilməsi barədə qərar qəbul edib. Lakin bu qərarın turistlərə şamil olunmadığı bildirilir.

AJM xəbər verir ki, bu barədə qərar koronavirusla əlaqədar hökumət yanında fəaliyyət göstərən operativ qrupun Baş Nazir Yoşihide Suqanın və əlaqədar nazirlərin qatıldığı iclasında qəbul edilib.

Qərara əsasən orta və uzunmüddətli vizaya malik olan əcnəbi biznesmenlərə, səhiyyə və təhsil sahələri üzrə mütəxəssislərə, həmçinin tələbələrə oktyabrın 1-dən başlayaraq Yaponiyaya gəlməyə icazə veriləcək.

Lakin qeyd edilir ki, belə icazə yalnız qəbul edən şirkətin və ya təşkilatın həmin əcnəbinin Yaponiyaya gəlməsindən sonra iki həftə müddətində karantində saxlanmasını təmin edəcəyi halda veriləcək.

Bununla yanaşı, ölkəyə gəlməyə icazə verilən əcnəbilərin gündəlik sayının məhdudlaşdırılacağı da qeyd olunur.

Teqlər: Yaponiya