17 May 2024
Yanğınsöndürənlərimizi təhqir edən türkiyəli həkimə azərbaycanlı məşhurlardan SƏRT REAKSİYA - VİDEO

Yanğınsöndürənlərimizi təhqir edən türkiyəli həkimə azərbaycanlı məşhurlardan SƏRT REAKSİYA - VİDEO

06 Avqust 2021
Baxış: 1111

Artıq 10-cu gündür davam edən meşə yanğınlarıTürkiyədə məşhur simalar arasında qalmaqalların, fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. Bu dəfə isə belə bir hal tanınmış türk həkim Nüket Eroğlu və azərbaycanlı məşhurlar arasında yaşanıb.

AJMEDİA.İNFO xəbər verir ki, yuxarıda adı çəkilən həkim şəxsi sosial media hesabından tənqidi xarakterli video paylaşıb. Nüket Eroğlu öz çıxışında yanğınsöndürənlərimiz haqqında da xoşagəlməz sözlər işlədərək onların əməyini aşağılayıb.

Belə ki, onun "Bir qrup kimliyi bəlli olmayan azərbaycanlı əsgərlər mənim torpağımda gəzir" ifadəsi yerli məşhurlarımızın qəzəbinə tuş gəlib. Xüsusilə, Tolik və Pərvin Abıyeva həmin videonun şərh hissəsində həkimi tənqid edərək, ünvanına sərt sözlər işlədiblər.(mətbuat.az)

Sözügedən videonu təqdim edirik: