18 May 2024
Yanğında 6 nəfər həlak olub

Yanğında 6 nəfər həlak olub

16 May 2023
Baxış: 498

Yeni Zelandiyanın paytaxtı Vellinqtondakı hosteldə baş verən yanğında azı 6 nəfər ölüb, 30 nəfər hələ də itkin düşüb.

Bu barədə “New Zealand Herald” qəzeti məlumat yayıb.

Bildirilib ki, polis ölənlərin sayının arta biləcəyinə inanır. Eyni zamanda, Vellinqton polisinin rəhbəri Din Silvestrin sözlərinə görə, bu, 10-a çatmayacaq.

“New Zealand Herald” mənbəsinin məlumatına görə, hostelin bir çox qonaqları gecə işləyir və buna görə də yanğın başlayanda onlar binada olmayıblar.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Xilasetmə xidmətləri hadisə yerində işləyirlər.

Teqlər: