19 May 2024
"Yalan deyirlər, özümlə pul götürməmişəm" - Əfqanıstan Prezidentdi ölkədən getmə səbəbini AÇIQLADI

"Yalan deyirlər, özümlə pul götürməmişəm" - Əfqanıstan Prezidentdi ölkədən getmə səbəbini AÇIQLADI

19 Avqust 2021
Baxış: 886

Əfqanıstanı tərk etməyə məcbur oldum. Qan tökülməsinin səbəbkarı olmaq istəmirdim.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Əfqanıstanın istefa verən prezidenti Əşrəf Qani əhaliyə müraciətində deyib.

Onun sözlərinə görə, Taliban Kabilə daxil olmayacağı barədə söz versə də, əvvəlcədən prezident sarayını mühasirəyə almışdı.

O, həmçinin yaxın zamanda Əfqanıstana qayıdacağını bildirib.

“Məni özümlə külli miqdarda pul aparmaqda günahlandırırlar. Ancaq bunların hamısı yalandır, ölkəni bir köynəkdə, çalmada və ayaqqabıda tərk etdim, çantada cəmi bir neçə kitab götürə bildim”, - deyə o əlavə edib.